Naxçıvan hərbi prokurorluğu ləğv edilir?
Naxçıvan Muxtar Respublikasının hərbi prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılıb. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Prokurorluqda qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
- Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru prokurorluq orqanlarında vəzifələrin təsnifatından çıxarılır. Bildirilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabeliyindəki sıranın dəyişdirilməsi yolu ilə yenidən təşkili ilə əlaqədar hazırlanıb.
- Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.