Aprelin 11-də 44 günlük müharibədən sonra əsir düşən erməni diversantların yaxınları Gürcüstanla sərhədə gedən Gümrü-Bavra dövlətlərarası avtomobil yolunu bağlayıb.
Bu barədə erməni mediası məlumat yayıb. Etirazçılardan biri Arkadi Ovannisyan mediaya bildirib ki, onlar əsir düşənlərin geri qaytarılmasını tələb edirlər. Məlumatlara əsasən sərhəddi qanunsuz keçmə və terrorizimə cəhdlə bağlı Azərbaycan həbsxanalarında 33 erməni məhkum saxlanılır.