"İranın Azərbaycanla əlaqələri əvvəldən düzgün qurulmayıb"
İranlı ekspert: "İranın Azərbaycanla əlaqələri əvvəldən düzgün qurulmayıb"
Qafqaz üzrə ermənipərəst siyasi şərhçi Şüeyb Bəhmən iddia edib: "Hazırda İranın vəziyyəti nə qədər yumşaltmağa çalışmasının əhəmiyyəti yoxdur, çünki Azərbaycan daim gərginliyi artırmağa çalışacaq. Bunun kökləri İkinci Qarabağ müharibəsinə gedib çıxır, nəticədə Azərbaycan İsrail, Türkiyə və Böyük Britaniyanın dəstəyi ilə Zəngəzur dəhlizinin yaradılmasına nail olmaq ərəfəsindədir”.
“Bu plana qarşı çıxan yeganə İrandır. İran öz “qırmızı xətlərini” müəyyən edib və Azərbaycan onları pozarsa, sərt cavabla üzləşəcək. Hadisələrin sonrakı inkişafı İrandan yox, Azərbaycandan asılıdır",-deyə o, hədə yağdırıb.