"Ermənistan öz vədlərinə xilaf çıxır..."
Ermənistan öz vədlərinə xilaf çıxır ki, bu da onun Azərbaycanla danışıqlara yanaşmasında özünü büruzə verir, - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Twitter-də yazıb.
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik. Onlar söz veriblər, lakin belə bir nifrət aktının qarşısını almaq üçün heç bir təhlükəsizlik tədbiri görməyiblər. Ermənistan da danışıqlara eyni şəkildə yanaşır: öz vədlərini pozur. Bu, Ermənistan üçün ayıbdır”.