İran İsrail XİN başçısının Türkmənistana səfərinə mane olmaq istəyir
Bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.
Ynet-in əldə etdiyi məlumata görə, İran prezidenti Rəisi türkmənistanlı həmkarı Berdiməhəmmədova zəng vuraraq, bu yaxınlarda "sionist rejimi tərəfindən Əl-Əqsa məscidində törədilən cinayətləri" tənqid edib.
Bundan əlavə, Rəisi iki ölkə arasında əlaqələrin gələcəkdə inkişafının vacibliyini vurğulayıb.
Öz növbəsində, Berdiməhəmmədov da Tehranla münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinə sadiqliyini təsdiq etsə də, Türkmənistan Eli Koenin bu ölkəyə səfərini ləğv etmək fikrində deyil.
Qeyd edək ki, bu, son 30 ildə İsrail nazirinin Türkmənistana ilk səfəridir. Səfər zamanı o, ölkə rəhbərliyi ilə görüşəcək və İsrailin Aşqabad şəhərindəki səfirliyinin açılışını edəcək.
Türkmənistan paytaxtı İranla
sərhədin birbaşa yaxınlığında yerləşir.