"Bakı Ermənistan dəhlizini təhlükəli vəziyyətə salıb"
İranlı jurnalist: "Bakı Ermənistan dəhlizini təhlükəli vəziyyətə salıb və Rəşt-Astara dəmir yolunun tamamlanması ilə bağlı öhdəliklərinə əməl etmir"
Rəsmi “İran” qəzetinin anti-Azərbaycan müxbiri Məhəmməd Mütləq Tvitter-də silsilə qərəzli postlar paylaşıb:
- Görünür, Çin İranı Şimal-Cənub və Şərq-Qərb dəhlizlərindən kənarlaşdırmağa çalışır. Pekin Hindistanla rəqabətinə görə Çabahar limanı vasitəsilə Finlandiyanın Helsinki şəhərinə çıxış əldə etmək istəmir. Ona görə də, Londona çatmaq üçün ərəb-türk dəhlizinin açılmasında maraqlıdır.
- Şərq-Qərb istiqaməti üzrə də həmin dəhlizi bir pillə qaldıraraq, İranı kənarlaşdırmaqla Orta Asiya, Xəzər, Bakı, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış qazanacaq.
İranın ərəb ölkələri ilə gərginliyinin azalması və Suriyanın Ərəb Liqası ölkələrinə qayıtması zümzüməsi də məhz bununla bağlıdır. Bakı bu plana kömək etmək üçün Ermənistan dəhlizində təhlükəli vəziyyət yaradıb və Rəşt-Astara dəmir yolunun tamamlanması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir.