"Misir Rusiya üçün raket istehsal etmək planlarından imtina edir"
Washington Post: "Misir Rusiya üçün raket istehsal etmək planlarından imtina edir"
Misir hakimiyyəti rus qoşunları üçün raket istehsalı planından imtina edib. "The Washington Post" qəzeti şəbəkəyə daxil olan gizli Amerika kəşfiyyat sənədlərinə istinadən yazır ki, belə bir qərar ABŞ-ın müdaxiləsindən sonra verilib.
Daha əvvəl eyni sızdırılmış sənədlərdən məlum olmuşdu ki, Misir prezidenti Əbdül Fəttah əs-Sisi fevral ayında Rusiyaya təhvil veriləcək 40 min raketin istehsalı üçün gizli şəkildə plan hazırlamağı tapşırıb.
Lakin martın əvvəlində Pentaqon rəhbəri Lloyd Ostin də daxil olmaqla, Amerika rəsmilərinin Misirə səfərindən sonra Rusiya mərmilərinin tədarükü planı “dayandırıldı”.
Əvəzinə, The Washington Post yazır, Misir Ukrayna ordusu üçün ABŞ-a 152 mm və 155 mm-lik artilleriya mərmiləri satmağa razılaşıb. Nəşr Co Bayden administrasiyasının “açıq-aşkar diplomatik qələbəsi” hesab edir.