“... İranın iki güclü qonşusu ECO təşkilatının mühərriki hesab olunur"
İranlı diplomat ölkəsinin Türkiyəyə qarşı siyasətini tənqid edib
İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İdarəsinin Avropa/Amerika qrupunun eksperti ölkəsinin Türkiyə və Pakistanla bağlı siyasətinin dəyişdirilməsinin zəruriliyini vurğulayıb.
Pr. Seyid Vəhid Kərimi bu barədə deyib: “Pakistan və Türkiyə İranın iki güclü qonşusu və ECO təşkilatının mühərriki hesab olunur və bizim üçün xüsusi və fövqəladə əhəmiyyət kəsb edirlər. Qəbul etməliyik ki, təəssüf ki, bu iki qonşu ilə qonşuluq siyasəti qətiyyən fəal və nəzərə çarpan deyil”.
Sitat: “Türkiyə ilə birlikdə Suriyaya, başqa sözlə, Aralıq dənizinə, Livana, İraqa və öz periferiyamıza dərin nəzarət edə biləcəyimiz halda, niyə bir-birimizə qarşı rəqabətli və qiddiyyətli bir baxış olmalıdır?”.
“İnqilabın ilk illərində Türkiyəni Yunanıstana, Pakistanı isə Hindistana satdıq. Halbuki, bu siyasətin ardınca, Yunanıstan ABŞ-ın bir göz yumması ilə İran gəmilərini və neftini müsadirə edir, Hindistan isə Çabahar limanı da daxil olmaqla,verdiyimiz bir çox güzəştlərə və imtiyazlara baxmayaraq, bizdən xərac tələb edir”,-deyə o əlavə edib.
https://bit.ly/3wpkDvF