Bakı şəhərində təhsilverənlərin orta aylıq əmək haqqı açıqlandı

Bakı şəhərində təhsilverənlərin orta aylıq əmək haqqı açıqlanıb.

Bu barədə Lim10.az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci təqvim ilində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1088 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 590 manat təşkil edib.