Goranboyda qəzada ölən və yaralananların kimliyi məlum olub

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Lim10.az "Unikal"a istinadən xəbər verir ki, fevralın 9-da Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini, 17.05.2003-cü il təvəllüdlü Məhəmməd Talıb oğlu Bayramovun idarə etdiyi VAZ-2107 markalı avtomobil 01.07.1995-ci il təvəllüdlü Vahid Mobil oğlu Hüseynzadənin idarə etdiyi pikapla toqquşub.

Qəza nəticəsində Məhəmməd Bayramov vəfat edib. Onun maşınında olan digər sərnişinlər - Səfikürd kənd sakinləri 18.01.2001-ci il təvəllüdlü Mehman Aydın oğlu Allahverdiyev, 18.02.2001-ci il təvəllüdlü Uğur Ceyhun oğlu Babayev və 12.06 2001-ci il təvəllüdlü Məftun Namiq oğlu Allahyarov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Pikapın sürücüsü və sərnişinlər - Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 06.15.1980-ci il təvəllüdlü Samir Gülbaba oğlu Hacıbabayev, Qaraçinar kəndində müvəqqəti yaşayan 09.11.1971-ci il təvəllüdlü Zəminə Rəfail qızı Qasımova müxtəlif bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.

Goranboyda iki minik maşını toqquşub.

Lim10.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Zeyvə kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.