İranlı ekspert: “İranın Qafqazda gedən gizli intriqalara susmasının təhlükəli nəticələri”
Ermənipərəst ekspert Ehsan Movəhhediyan İran XİN-ə yaxın “İran diplomatiyası” saytında Azərbaycana qarşı qərəzli yazı dərc edib:
“Bakının "Arsax" bölgəsində Ermənistan ərazisinə dəfələrlə müdaxilə etməsinə İranın ciddi reaksiya verməməsi bu rejimin cənubda Sünik vilayətində işğal və soyqırımı siyasətini yeritmək hərisliyini artıracaq.
Ona görə, Əliyev Şimal-Cənub dəhlizini öz inhisarına ala bilməkdən ötrü Sünikin coğrafi cəhətdən həssas ərazilərini işğal etmək və İranla arasında Ermənistan rabitə yollarının təhlükəsizliyini risk altına almaq üçün bu əyalətdə Ermənistan ərazisinə soxulma siyasətini davam etdirəcək. Bunda məqsəd İranın Fars körfəzindən Avropaya uzanan Şimal-Cənub dəhlizinin inhisarını ələ keçirmək və bu inhisardan sui-istifadə edərək, Türkiyə və İngiltərə ilə birgə dünyanın başqa yerlərində, xüsusən Qərbi Asiyada öz siyasətini Tehrana sırımaqdır. Bu geosiyasi boğulmanın İran üçün nəticələri ağır olacaq”.