“Şimal-Cənub dəhlizinin siyasi məqsədləri və perspektivləri”

“Rahborde Moaser” saytı Azərbaycan haqqında qərəzli yazı dərc edib. Yazının mətnini olduğu kimi təqdim edirik.

- Azərbaycan müstəqillik əldə etdikdən bəri Bakı və Naxçıvan arasında ənənəvi marşrut kimi İran ərazisisndən istifadə olunur və İran üçün vacib olan Yerevan-Bakı geosiyasi münaqişəsi deyil, özünün milli maraqlarının qorunub saxlanmasıdır. Əgər Bakı “sionist rejimin” təxribatı ilə geosiyasi avantüralardan əl çəkərsə, o zaman iki qonşu ölkə arasında tranzit və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün lazımi zəmin yaranacaq.

Böyük dövlətlər arasında geosiyasi-təhlükəsizlik toqquşmalarının azalması iqtisadi məsələlərin, xüsusilə yeni kommunikasiya marşrutlarının və dəhliz xətlərinin artması ilə üst-üstə düşüb.

Azərbaycan ilə Ermənistan arasında gərginliyin artdığı bir vaxtda ötən həftə İran, Hindistan və Ermənistan rəsmilərinin Yerevanda keçirilən görüşünün Zəngəzur dəhlizinin tərəfdarları və ekspansionist qüvvələr üçün aydın mesaj olduğu hesab edilir.

Ermənistan və Azərbaycan arasında sərhəddə gərginliyin artması ilə eyni vaxtda, İran XİN-in Cənubi Asiya İdarəsinin rəisi Seyid Rəsul Musəvi, Hindistan Xarici İşlər Nazirliyinin Regional Baş İdarəsinin rəisi Citender Pal Sinqh və Ermənistan xarici işlər nazirinin müavini Manatsakan Səfəryanın ev sahibliyi ilə Yerevanda üçtərəfli görüş keçirilib, Şimal-Cənub dəhlizinə diqqət yetirilməklə Cənubi Qafqaz regionunda son təhlükəsizlik prosesləri və ticarət yollarının genişləndirilməsi müzakirə edilib.

Hindistan dünya iqtisadiyyatının inkişaf edən güclərindən biri kimi İran coğrafiyası vasitəsilə Hind okeanı ilə Qara dənizi birləşdirməyə çalışır. Yeni Dehlinin iradəsinə baxmayaraq, bu kommunikasiya xətti Turan Zəngəzuru dəhlizi adlı ciddi çağırışla üz-üzədir və bu dəhliz xəttinin inkişafı ilə bağlı dərc olunan son məlumatlara əsasən, görünən odur ki, Ermənistan ərazisi daxilində dəhliz xəttinin tamamlanması xərclərini Hindistan öz üzərinə götürəcək...