ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, diplomatlar regionda təhlükəsizlik vəziyyətini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi və Laçın dəhlizi ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd edək ki, üç tərəfli görüşdən öncə Blinken Mirzoyan və Bayramovla ayrı-ayrılıqda görüşlər keçirib.