Belarus Rusiya ilə sərhədində nəzarət gücləndirildi
Belarus Rusiyadan girişdə müvəqqəti sərhəd nəzarəti tətbiq edilib, daxil olanların pasportları yoxlanılır. Bu barədə “Zerkalo” nəşri Dövlət Sərhəd Komitəsinə istinadən xəbər verir.
Yerli sakinlər nəşrin mûxbirinə bildirib ki, mayın 4-də axşam saatlarında sərhədə yaxın M-1 magistralında “sərhədçilər üçün bir cüt qoşqu”, dörd şlaqbaum və baraj lenti olan sərhəd keçid məntəqəsi qurulub.
Nəşrin jurnalisti Belarusun Dövlət Sərhəd Komitəsinə zəng edərək, orada belə nəzarətin müvəqqəti olaraq Rusiyadan gələn bütün əsas girişlərdə tətbiq ediləcəyini təsdiqləyib.
“Zerkalo” onu da yazır ki, pasport nəzarəti ilə əlaqədar sərhəddə artıq növbələr yaranıb. "MotolkoHelp" teleqram kanalı sərhəd keçidindəki M-1 magistralında uzun növbə haqqında yazır. İstifadəçilərin fikrincə, “hamı maşından çıxarılır, axtarılır, sənədlər yazılır”.
“Rumors of Vitebsk” teleqram kanalı Liozno və Rudnya arasında magistral yolda bir neçə kilometr düzülən növbənin yaranmasından yazır. Yazıda deyilir ki, ruslar xüsusilə diqqətlə yoxlanılır.
Sərhəddə pasport nəzarətinin gücləndirilməsinə hansı səbəbdən tətbiq edildiyi məlum deyil.
Dövlətlər arası müqaviləyə əsasən Rusiya ilə Belarus arasında sərhəddə tam pasport nəzarəti yoxdur. Sərhədçilər avtomobilləri seçmə qaydada saxlaya və lazımi sənədləri tələb edə bilərlər.