İran mediasında Azərbaycana növbəti təxribat
"Moskva Bakı ilə qarşıdurma istəmir”
İranın "İsca News" saytı Azərbaycan haqqında qərəzli yazı dərc edib: “Uzun müddətdir ki, Cənubi Qafqaz bölgəsində baş verən proseslər qlobal miqyasda diqqət mərkəzindədir. Amma proseslər İran və bəzi region ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Ermənistanla 2020-ci il müharibəsində qalib gəlməsi və bəzi mübahisəli bölgələrə nəzarəti ələ alması İlham Əliyevin daha çox ərazilər əldə etmək həvəsini artırıb.
Uzun müddət regionda böyük nüfuz sahibi olan, Ermənistanın müttəfiqi sayılan və bu ölkə ilə bir çox təhlükəsizlik və hərbi müqavilələri olan Rusiya Ukrayna savaşında iştirakına görə Qafqaz bölgəsində baş verənləri demək olar ki, tamamilə diqqətdən kənarda qoyub. Məhz bu güc boşluğu Türkiyənin daha fəal olmasına səbəb olub və Ərdoğan da Əliyevi Türkiyənin “Bakı” ilə ortaq maraqlarına görə “arqessiyasını” davam etdirməyə sövq edir.
Baxmayaraq ki, Türkiyədə baş verən zəlzələ, eləcə də bu ölkədə keçirilən seçkilər müəyyən qədər daxili məsələlərin diqqət mərkəzins gəlməsinə səbəb oldu. İstənilən halda Rusiyanın Qafqazda ən mühüm oyunçulardan biri kimi fəaliyyətsizliyi Ermənistanın mövqeyini zəiflətdi və İlham Əliyevin "ambisiyalarını" davam etdirməsinə şərait yaratdı.
“Beynəlxalq İşlər üzrə Rusiya Şurası” analitik mərkəzinin eksperti Pyotr Kortunov İranın "İsca News" agentiliynə müsahibəsində Moskvanın diqqətinin Cənubi Qafqaz regionundan yayınmasının səbəblərini açıqlayıb.
Sual: Ermənistanın Rusiyanın müttəfiqi sayılmasına baxmayaraq, Kreml kritik günlərdə İrəvana etinasız yanaşmış kimi görünür. Sizcə bu problemin səbəbi nədir?
- Qafqaz regionu Rusiyanın mühüm geosiyasi dayaqlarından biri hesab olunsa da, Moskvanın Ukrayna müharibəsində iştirakı əhəmiyyətli dərəcədə Bakının xeyrinə tamam oldu və Rusiyanın resurslarının böyük hissəsinin bu müharibəyə ayrılması ucbatından Moskvanın Qafqaza müdaxilə etmək imkanı yoxdur...