“Qarabağ savaşında Azərbaycana dəstək verən dörd ölkənin indi vəziyyəti yaxşı deyil” - İranlı jurnalist
Rəsmi “İran” qəzetinin anti-Azərbaycan mövqeyi ilə tanınan müxbiri Məhəmməd Mütləq “Tvitter”də Qarabağ müharibəsində Azərbaycana dəstək verən Türkiyə, İsrail, Pakistanın bayraqlarını paylaşaraq, qərəzli post yazıb:
“Qarabağ müharibəsində qələbə bayramını xatırlayırsınız? Heç demək istəmədim ki, indi dörd qardaşın (yuxarıda adları çəkilən ölkələr) vəziyyəti yaxşı deyil. Sizcə, İsrail və Pakistandan sonra, Türkiyə də bazar ertəsi vətəndaş qarşıdurmasına girəcək ya Kılıçdaroğlunun qəfil yüksəlişi ilə qardaşlıq bağını pozacaq?”.