"Ukrayna ordusu indi ərazilərini geri almaq üçün lazım olan bütün vasitələrə malikdir"
"Ukrayna ordusu indi işğal olunmuş əraziləri geri almaq üçün lazım olan bütün vasitələrə malikdir".
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Lissabonda Portuqaliyanın baş naziri ilə birgə mətbuat konfransında bildirib. “Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsi başlayandan NATO-ya üzv ölkələr [Ukraynaya] görünməmiş yardım göstəriblər. Əminəm ki, Ukrayna hərbçilərinin hazırda işğal olunmuş əraziləri geri almaq üçün lazım olan bütün vasitələri var”.
O qeyd edib ki, irimiqyaslı işğal başlayandan bəri Ukraynanın yüngül tank əleyhinə silahlardan tutmuş müasir hava hücumundan müdafiə sistemlərinə, zirehli texnikalara və ağır döyüş tanklarına qədər dəstək olunub:
"Mən Alyans üzvlərinin ukraynalı pilotlara qanadlı raketlərdən və Qərb qırıcı təyyarələrindən istifadə etmək üçün təlim keçmək barədə son açıqlamalarını alqışlayıram", - deyə NATO-nun baş katibi vurğulayıb.