Hökumət Hacıyev "köhnə yaraları təzələdi"

Əli Orucov: "Sadəcə Hikumət Hacıyevin dili ilə "bizi heç kim dayandıra bilməz" ritorikasına haqq qazandırmaq istəyirlər, o da alınmır"

18:56:52Hikmət Hacıyev Azərbaycan ordusunun müharibə zamanı Xankəndi şəhərinə girməmə səbəbini açıqlayıb:

Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi.

Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi - Hikmət Hacıyev deyib.

Artıq çoxdan sıravi azərbaycanlıya bekə məlumdur ki, Azərbaycan Ordusu nə üçün Xankəndiyə girmədi. Bunun birinci səbəbi 10 noyabrda hamıya bəlli oldu - rus qoşunları həmin ərazilər qismində, 29 ildən sonra Azərbaycan sərhədlərinə daxil oldu. Bununla yanaşı, bu gün ABŞ və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etməsi, ermənilər Qarabağda küncə sıxışdırıldıqca İranın "od püskürməsi"- bütün bunlar əslində məhz Azərbaycan Ordusunun Xankəndiyə girməkdən vaz keçilməsi barədə verilən siyasi qərarın əsil səbəbidir. Yəni Azərbaycan siyasi hakimiyyəti ordumuzun Xankəndiyə girməsi üçün həmin qüvvələr qarşısında duruş gətirə bilmədi. Bu mümkün idi, ya yox, artıq o başqa müzakirənin mövzusudur. 

Politoloq Əli Orucov bizimlə söhbətində bildirdi ki, əslində ordumuzun Xankəndiyə girməsinin siyasi qərar olduğunu və buna nə maneçilik törətdiyi cəmiyyətə aydındır: "Sadəcə Hikumət Hacıyevin dili ilə "bizi heç kim dayandıra bilməz" ritorikasına haqq qazandırmaq istəyirlər, o da akınmir. 

Amma bu bəyanatın arxasında başqa nələrsə də dayana bilər. Məsələn, Ordumuzun Laçında möhkəmlənməsi eyfariyasi da hökuməti cəmiyyət qarşısında xal qazandırmağa sövq edə bilər. Bununla yanaşı, gələcəkdə bizimkilərə yeni mövqelərə çixmaq vədi də verilə bilər".