"Azərbaycanın mövqeyi güclənəcək"
İranın dövlət televiziyasında anti-Ərdoğan təbliğatı
İranın “Üfüq” rəsmi telekanalında keçirilən siyasi müzakirə zamanı tanınmış politoloq deyib ki, Kılıçdaroğlunun qələbəsi İran üçün daha faydalı və müsbət ola bilərdi.
O, Türkiyədəki seçkiləri aşağıdakı qərəzli tezislər əsasında şərh edib:
- Prezident seçkilərində Ərdoğanın qələbəsi İranın zərərinədir və hətta İslam Respublikası üçün təhlükəli ola bilər;
- Ərdoğanın prezidentliyi dönəmində İran bütün logistik dəhlizlərdən kənarda qalacaq;
- AKP iqtidarda qalarsa, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi güclənəcək;
- İranın şimal qərbində-Güney Azərbaycanda entik fəallıq və gərginlik artacaq.
Bir sözlə İran şərhçiləri bildirir ki, Ərdoğanın qələbəsi İran üçün təhlükəli gələcək vəd edir.
Kılıçdaroğlunun qələbə ehtimalını isə iranlı politoloqlar belə şərh ediblər:
- Ermənistan daha güclü mövqedə olacaq;
- Kılıçdaroğlu qalib gəlsə, Azərbaycan və prezident İlham Əliyev İrana qarşı daha güclü və kəskin siyasət apara bilməcəyək;
- İran Azərbaycanında milli qüvvələr zəifləyəcək.
Maraqlıdır ki, istər İranın rəsmi, istərsə də müxalifət mediasında Türkiyədəki prezident seçkiləri bu tezislər üzrə şərh edilib. (Gunaz)