"Washington Post" İran barədə yazdı
"Mühacirətdə olan İran rejiminə müxalif qrupun açıqladığı gizli daxili sənədlər göstərir ki, İran ABŞ sanksiyalarından yayınan beynəlxalq şirkətlər şəbəkəsi vasitəsilə milyardlarla dollar neft ixrac etməklə öz hərbi və daxili təhlükəsizlik qüvvələrini maliyyələşdirir" - "Washington Post" yazır.
İran Milli Müqavimət Şurasının açıqladığı sənədlərə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarəçiliyində olan şirkətlər təkcə İran xam neftinin satışını deyil, həm də embarqo qoyulan Venesuela neftinin əsas alıcısı olan Çinlə beynəlxalq daşımalarını asanlaşdırıblar.
Adıçəkilən qrup Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu iddiaları ABŞ-ın SEPAH-ın siyasi və iqtisadi gücü ilə bağlı narahatlığını, eləcə də rejimin nüvə fəaliyyətləri ilə əlaqədar beynəlxalq narazılığın artması fonunda səsləndirib.
İranın 1979-cu ildən bəri teokratik sistemin və inqilabının keşikçisi sayılan İslam İnqilabı Keşikçiləri Korpusu 2019-cu ildə Tramp hökuməti tərəfindən rəsmi olaraq terror təşkilatları siyahısına salınıb.