"Ukrayna Silahlı Qüvvələri hücuma hazırdır"
Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücuma hazır olduğunu bildirib
Ukrayna prezidenti Vladimir Zelenski “The Wall Street Journal”a müsahibəsində Ukrayna silahlı qüvvələrinin hücuma hazır olduğunu bildirib.
“Düzünü desəm, vəziyyətin inkişafı üçün tamamilə fərqli bir neçə variant var. Amma biz bunu edəcəyik, biz hazırıq”, - deyə Zelenski bildirib.
Prezident Ukrayna Silahlı Qüvvələrinin uğurlarına şübhə etmədiyini qeyd edib. Lakin xəbərdarlıq edib ki, Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etmək üçün vaxt lazımdır. O, həmçinin əlavə edib ki, Ukrayna hücum zamanı xeyli itki verə bilər, çünki Rusiya hava üstünlüyünü saxlayır və Ukrayna Silahlı Qüvvələrində hava hücumundan müdafiə sistemləri yoxdur.
"Biz müəyyən şeylərə (Qərb silahlarına) sahib olmaq istərdik, lakin aylarla gözləyə bilmərik", - prezident deyib.
Ukrayna hakimiyyəti 2022-ci ilin sonundan etibarən hücumdan danışır. Əvvəlcə yazda başlayacağı gözlənilirdi, lakin sonradan tarixlər dəyişdi.
Mayın 29-da Ukrayna prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahının iclasında Ukrayna qoşunlarının “hərəkət vaxtı ilə bağlı” qərarlar qəbul edildiyini açıqlayıb.