ABŞ prezidenti Donald Trampın kiçik qızı Tiffaninin oğlu dünyaya gəlib.
Lim10.az xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında məlumat verib.
“Bizim həyatımıza gəldiyin üçün təşəkkür edirik!” – deyə o bildirib.
Ona Aleksandr Tramp Bulos adı verilib.
Qeyd edək ki, Donald Tramp ikinci prezidentlik müddətində nəvələri ilə birlikdə tez-tez ictimaiyyət qarşısına çıxır. Böyük uşaqlarının övladları seçki kampaniyası və andiçmə mərasimi zamanı babalarının yanında olub, onunla birlikdə idman tədbirlərinə qatılırlar.
Həmidə İbrahimova