Rusiya-Ukrayna danışıqları: Səhnə arxasındakı mühüm fiqur...

Rusiya ilə Ukrayna arasında danışıqlarda AB və Türkiyə də fəal səylər göstərir. Lakin diqqət çəkən başqa bir oyunçu da var: səhnə arxasında səssiz, amma təsirli diplomatiya aparan Böyük Britaniya.

Lim10.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Əmrə Öztürk deyib.

“Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell Ukraynanın Avropa ilə münasibətləri və NATO-ya inteqrasiyası baxımından mühüm bir fiqur kimi ön plana çıxır. Pauell hazırda üzərində işlənən mümkün atəşkəs razılaşmasının əsas şərtlərinin və ümumi strategiyasının hazırlanmasında önəmli rol oynayır”, - ekspert bildirib.

Öztürk qeyd edib ki, Pauell əvvəllər Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin Şimali İrlandiya üzrə sülh prosesi zamanı nümayəndəsi olub və bu uğurlu təcrübəsi ilə Avropada tanınmış diplomatlardan biridir:

“Hazırda onun əsas məqsədi Ukraynanın müharibədən sonrakı mərhələdə ABŞ yox, Avropa mərkəzli bir sistemə inteqrasiya olunmasına dəstək verməkdir. Pauell dünyanın müxtəlif yerlərində oxşar münaqişələrin həlli proseslərində iştirak edib və Rusiyada “müasir dövrün Tomas Eduard Laurensi” kimi təsvir olunur. Bu bənzətmə onun mürəkkəb geosiyasi böhranlardakı fəal və yönəldici rolunu əks etdirir”.(axar.az)