Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində məktəb avtobusunun partlaması nəticəsində azı 4 məktəbli ölüb.
Lim10.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, daha 38 nəfər yaralanıb.
Yaralıların ən yaxın xəstəxanaya aparıldığı, hüquq-mühafizə orqanlarının isə hadisə yerində araşdırmalara başladığı bildirilir.
Həmidə İbrahimova