Pakistan Hindistan aviaşirkətləri üçün qadağanı uzatdı

Pakistan Hava Limanının İdarəsi Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.

Lim10.az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" portalı məlumat yayıb.

"Hindistan təyyarələrinin Pakistanın hava məkanından istifadəsinə qoyulan qadağa iyunun 24-dək uzadılıb", – Pakistan Hava Limanları İdarəsinin bəyanatında qeyd olunub.

“Hindistan aviaşirkətləri tərəfindən həyata keçirilən reyslərin Pakistan hava məkanında həyata keçirilməsinə icazə verilməyəcək”, – məlumatda bildirilib.

Aprelin 24-də Pakistan hava məkanını bir ay müddətinə bütün Hindistan aviaşirkətləri üçün bağlayıb.