Linkolnun əlcəkləri 1,5 milyon dollara satılıb

ABŞ-nin XXI prezidenti Abraham Linkolnun öldürüldüyü gün teatra geydiyi ağ dəri əlcəkləri hərracda 1,5 milyon dollara satılıb.

Lim10.az -ın xəbərinə görə, bu barədə “Friman's-Hindman” hərrac evi məlumat yayıb.

Qeyd olunub ki, o, bu əlcəkləri 1865-ci il aprelin 14-də ona sui-qəsd edilən Ford Teatrına geyinib.

Linkolnun ölümündən sonra onun cəsədi yarılma üçün Ağ Evə aparılıb və cibində əlcək olan palto ailəsinə verilib.