İstanbulda ruslar dedilər ki, bu, bizim üçün qəbuledilməzdir

İstanbulda aparılan danışıqlarda Rusiya nümayəndə heyəti birbaşa Ukrayna tərəfinə qeyd-şərtsiz atəşkəsin onlar üçün qəbuledilməz olduğunu bildirib.

Lim10.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa deyib.

O, Rusiya nümayəndə heyətinin direktivlərində atəşkəslə bağlı razılaşmanın mümkünlüyünün nəzərdə tutulmadığını vurğulayıb.