Cənubi Koreyanın Pohanq şəhərində təyyarə qəzaya uğrayıb.
Lim10.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Qəzaya uğrayan təyyarənin Hərbi Dəniz Qüvvələrinə aid olduğu bildirilir.
Məlumata görə, təyyarənin göyərtəsində dörd nəfər olub. Qəza 13:52-də (yerli vaxtı ilə 08:52) baş verib.
Hadisə şahidləri dağdan tüstü qalxdığını bildiriblər.
Həmidə İbrahimova