XİN rəhbərlərinin ABŞ görüşünü Bakı təxirə salıb
Mirzoyan-Bayramovun Vaşinqton görüşü Bakının tələbi ilə təxirə salınıb
“Sizə bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti mərhələsi təxirə salınıb. Görüşün yeni tarixləri barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”, - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü iyunun 12-də ABŞ paytaxtında keçiriləcək.