“Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə keçirilməsi planlaşdırılan danışıqların ikinci raundu üçün anlaşma memorandumunun layihəsi və atəşkəs təklifləri ilə İstanbulda iştirak edəcək”.
“Lim10.az ” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar mayın 16-da İstanbulda Türkiyənin ev sahibliyi ilə keçirilib. Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski başçılıq edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini keçirməyi təklif etdiklərini açıqlayıb.