Almaniya İsrailə silah tədarükünü davam etdirməyə qərar verəcək

Almaniya hakimiyyəti Federal Təhlükəsizlik Şurasında müzakirələrdən və Qəzza zolağında baş verən hadisələrin təhlilindən sonra İsrailə əlavə silah tədarükü ilə bağlı qərar verəcək.

Lim10.az xəbər verir ki, bu barədə cümə günü Almaniyanın xarici işlər naziri Yoxan Vadeful bildirib.

"İsrail müxtəlif tərəfdən ciddi təhdidlərə məruz qalır: Husilər, Hizbullah hərəkatı, İran. İsrail həmin təhdidlərdən müxtəlif formalarda, o cümlədən Almaniya silahlarının köməyi ilə müdafiə olunmağı bacarmalıdır. Başqa bir sual budur: Qəzza zolağında baş verənlərin beynəlxalq humanitar hüquqla necə əlaqəsi var?"- Vadeful deyib.

O, həmçinin qeyd edib ki, Almaniya bu suala cavab axtarır və bunun əsasında növbəti silah tədarükünə icazə və ya qadağa ilə bağlı qərar verəcək.