İspaniyanın "Atletiko B" (Madrid) kollektivi baş məşqçsi Fernando Torreslə müqavilə müddətini uzadıb.
Lim10.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, F.Torres 2022-ci ildən "Atletiko B"ni çalışdırır. O, uzun illər İspaniya yığmasının və Madrid təmsilçisinin əsas komandasının şərəfini qoruyub.