İsrailə uçuşlar bərpa edildi

Bir neçə aviaşirkət İsrailə uçuşları bərpa edib.

Lim10.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, uçuşları bərpa edənlər arasında ABŞ-ın “Delta” və “United Airlines”, Niderlandın KLM, Fransanın “Air France” və “Transavia France” və Latviyanın “Air Baltic” şirkətləri də var.

Rusiyadan İsrailə uçuşlar isə iyunun 12-dən başlayacaq.