İsveçrə Avropa İttifaqının (Aİ) 17-ci sanksiya paketinə qismən qoşularaq Rusiyaya qarşı məhdudiyyətləri genişləndirib.
“Lim10.az ” xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) məlumatında deyilir.
Qeyd olunub ki, siyahıya 17 fiziki şəxs və 58 təşkilat, həmçinin 189 gəmi və 31 müəssisə daxil edilib.
Tədbirlər 3 iyun saat 23:00-da (Bakı vaxtı ilə 4 iyun saat 01:00-da) qüvvəyə minir.