Paris məhkəməsi onları azadlığa buraxdı

Paris məhkəməsi Fransada saxlanılan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein daxil olmaqla, daha 3 nəfərin azadlığa buraxılmasına qərar verib.

Lim10.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

İyunun 3-ü axşam saatlarında çıxarılan qərarda Kristian Tein və digər üç fəalın (Dimitri Qeneqey, Guillaume Vama və Ervan Uaetheanen) həbsdə saxlamaq üçün heç bir səbəb olmadığı bildirilir.

Xatırladaq ki, 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə müstəqillik uğurunda mübarizə aparan 7 şəxs, habelə 69 Kanak məhbusu Fransaya deportasiya edilib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Kanakidən olan fəalların azadlığa buraxılması üçün dəfələrlə addımlar atıb, onların hüquqlarının müdafiəsi üçün Azərbaycanda və xarici ölkələrdə tədbirlər təşkil edib, ailələrinə hərtərəfli dəstək olub. BTQ 2024-cü ildə müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatla birgə Yeni Kaledoniya dəstəkləyən və Fransanı pisləyən bəyanat yayıb. Kanak İşçiləri Həmkarlar İttifaqının xarici məsələlər üzrə koordinatoru Rok Xaokas qrupun fəaliyyətini yüksək dəyərləndirib.

Təşkilat Fransa hakimiyyət orqanları tərəfindən tənqidlərlə üzləşib, BTQ-nin fəaliyyəti Azərbaycanın Yeni Kaledoniyaya müdaxiləsi kimi qiymətləndirilib.

2025-ci ilin aprelində Fransanın xarici işlər naziri Manuel Vals təşkilatın Yeni Kaledoniyanın gələcəyi ilə bağlı vasitəçilik təklif edən məktubunu "Fransanın sabitliyini pozma cəhdi" kimi qiymətləndirib. Yayımlanan bəyanatda Fransanın BTQ-ni tanımadığı bildirilib.