Ağ Ev: Trampın əzmkarlığı nəticəsində bu baş verdi

ABŞ Prezidenti Donald Tramp əvvəlki kimi Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyişə müsbət yanaşır.

Lim10.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirdiyi növbəti brifinqdə deyib.

"Bu gün səhər onunla bu (münaqişə - red.) barədə danışdım. O, gördüyümüz irəliləyişlərə müsbət yanaşmaqda davam edir. Bildiyiniz kimi, dünən İstanbulda Rusiya və Ukraynada birbaşa danışıqlar aparılıb. Bu, cəmi bir neçə həftə əvvəl hər iki ölkənin liderləri ilə telefonla danışan Prezidentin (Tramp) dəstəyi iə olub", - mətbuat katibi bildirib.

"Mən hamıya xatırlatmaq istəyirəm ki, cəmi dörd ayda nə qədər irəliləyiş əldə etmişik. Keçən il indiki vaxtda Rusiya və Ukraynanın birbaşa danışıqlar aparması ağlasığmaz olardı və yalnız Prezidentin (Trampın) bu müharibəni sona çatdırmaq üçün əzmkarlığı və qətiyyəti sayəsində bu ölkələrin nümayəndələri dünən görüşdülər", - o deyib.

Livittdən Trampın Senatın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə dair qanun layihəsini dəstəkləyib-dəstəkləmədiyi də soruşulub. "O, lazım olduqda bu vasitəni öz arsenalında saxlamaqda ehtiyatlı davranır", - o qeyd edib.(Report)