Ukrayna Hərbi Hava Qüvvələri Kursk istiqamətində uğurlu əməliyyat keçirib və bu əməliyyat zamanı Rusiyaya məxsus Su-35 qırıcısı vurulub.
Lim10.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Komandanlığı məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna ordusu iyunun 7-də məhv edilmiş təyyarənin yanan qalıqlarını əks etdirən PUA videosunu yayıb.
Rusiya Müdafiə Nazirliyi tərəfi isə döyüş təyyarəsinin itdiyini rəsmən etiraf etməyib. Bununla belə, Rusiyanın müharibə tərəfdarı olan Telegram kanalı “Fighterbomber” Su-35-in məhv edildiyini təsdiqləyib. Telekanalın məlumatına görə, pilot sağ qalıb.
Mürtəza
Lim10.az
Ukraynalılar rusların Su35 qırıcısını vurub
