Böyük Britaniyada TERROR TƏHLÜKƏSİ - Kralın mühafizəçilərini öldürmək istəyirlər

Böyük Britaniyada polis əməkdaşları kral III Çarlzın mühafizəçislərinə qarşı terror aktının qarşısını alıblar.

Lim10.az xəbər verir ki, bu barədə "Sun" qəzeti mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Britaniya monarxını mühafizə edən qoşunlara qarşı şübhəli terror hücumunun qarşısını alıblar.

Nəşrin məlumatına görə, ötən həftə polis Slouqhda hücum və yanğın törətmək məqsədilə silah saxlamaqda şübhəli bilinən gənci saxlayıb. Daha sonra o, terror aktları hazırlamaqda ittiham olunub. Hücum edən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.

Təhlükəsizlik məqsədilə Koldstrim qvardiyasının hərbçilərinə iki gün ərzində hərbi geyimdə kazarma ərazisini tərk etməmək əmri verilib. Kazarma Vindzor qəsrindən - kral iqamətgahından "iki addımlıq" məsafədə yerləşir.(publika.az)