İtaliyada kişi işlədiyi zavoddan bir ilə iki kiloqram qızılı saçlarında gizlədərək çıxarıb

İtaliya polisi qızıl əritmə zavodunda oğurluq sxeminin üstünü açdıqdan sonra məlum olub ki, müəssisənin əməkdaşı qiymətli metalı uzun saçlarında gizlədərək çıxarırmış.

Lim10.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 38 yaşlı kişi bir il ərzində ümumi çəkisi iki kiloqram olan qızılı zavod ərazisindən çıxarmağa müvəffəq olub.

Oğurlanmış qızılın ümumi dəyəri azı 150 min avro həcmində qiymətləndirilir.