Fransada 15 yaşlı yeniyetmə məktəb binasının qarşısında 31 yaşlı müəllimə bıçaqla hücum edib.
Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə polis tərəfindən təhsil müəssisələrində təhlükəsizliyin gücləndirilməsi məqsədilə çantaların yoxlanılması zamanı baş verib.
Yeniyetmə təhlükəsizlik məntəqəsinə yaxınlaşarkən bir neçə nəfəri bıçaqlayıb. Polis hücumçunu tez bir zamanda zərərsizləşdirə bilsə də, qadın hücumdan qısa müddət sonra aldığı yaralardan dünyasını dəyişib.
Qeyd edək ki, son iki ay ərzində Fransada 6000 belə yoxlama aparılıb, tələbələrdən 186 bıçaq götürülüb, 32 nəfər isə saxlanılıb.
Həmidə İbrahimova