ABŞ Prezidenti İlon Maskla barışa biləcəyini deyib

ABŞ Prezidenti Donald Tramp milyarder, iş adamı İlon Maskla barışa biləcəyini deyib.

Lim10.az -ın məlumatına görə, bu barədə Tramp “New York Post”da yayımlanan podkastda səsləndirib. Dövlət başçısı vurğulayıb ki, indi onun yeganə funksiyası ölkəni əvvəlkindən daha yüksək səviyyəyə qaytarmaqdır.

İlon Mask da bu gün X hesabında prezidentlə bağlı yazdığı bəzi sözlərə görə təəssüf etdiyini bildirib.