“Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğramasına hər iki mühərrikin dayanması səbəb ola bilərdi.
“Lim10.az ” xəbər verir ki, bu barədə Hindistanın “News 18” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hər iki mühərrik sıradan çıxdıqdan sonra pilot aviadispetçerlərə qəza siqnalı göndərib.
“Reuters” agentliyinin məlumatına görə, insident nəticəsində təyyarədə və yerdə 290-dan çox insan ölüb.
Təyyarənin qəzaya uğradığı yerdə fövqəladə xidmətlər işlərini davam etdirir. Qara qutuların tapılması ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, bu gün “Boeing” təyyarəsi havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzadan əvvəl pilotlar qəza siqnalı göndərə biliblər.
Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və göyərtə bələdçiləri də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız 1 nəfər sağ çıxıb.