Orban Gürcüstan hökumətini "heyvan" adlandırdı

Gürcüstan hökuməti Avropa Birliyi ölkələrinin üz-üzə gəlməkdən qorxduğu heyvandır.

Lim10.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə gürcü həmkarı İrakli Kobaxidze ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

"Hələ 2022-ci ildə qlobal liberallar ölkələrimizin indiki hökumətlərini qoruyub saxlamasına mane olmaq üçün - həm sizdə, həm də burada - vəziyyəti sabitsizləşdirməyə çalışdılar. Gürcüstan hökuməti Brüsselin üzləşməkdən qorxduğu heyvandır. Müqavimət göstərmək qərarına gələn ilk Gürcüstan oldu. Və bu hiss bizə yaxındır", - deyə Orban bildirib.

Macarıstanın baş naziri həmçinin Gürcüstanın iqtisadi artımını Budapeştin də əldə etmək istədiyi heyranedici nailiyyət adlandırıb.(Axar.az)