Netanyahu: İrana hücum əmrini daha əvvəl vermişdim, lakin əməliyyat təxirə salındı

“Nəsrullahın öldürülməsindən sonra mən İrana hücuma hazırlıqla bağlı göstəriş vermişdim. Lakin aprel ayına nəzərdə tutulan əməliyyat bəzi səbəblərdən təxirə salınırdı”.

Lim10.az APA-ya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb.

O deyib ki, əməliyyatın keçirilməsi üçün ilk tarix aprel ayının sonu olaraq müəyyən olunmuşdu.

İsrail hökumətinin rəhbəri eyni zamanda, İrandakı “Fordo” nüvə obyektinin sonrakı taleyi barədə heç nə deməyib.