ABŞ qüvvələri İran raketlərinin qarşısını almaqda İsrailə kömək edir - Axios

İsraildəki Amerika qüvvələri İran raketlərinin tutulmasında iştirak edir.

Lim10.az xəbər verir ki, bu barədə "Axios" jurnalistləri bildirir.

İsrailin N12 telekanalı deyir ki, İran hücum başlayandan bəri İsrailə 150-200 raket atıb, 9 raket düşməsi qeydə alınıb.

İRNA yazır ki, İran raketləri Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasını iki dəfə vurub.