İsrail ordusu: Təbriz hərbi bazası tamamilə dağıdılıb

İranın Həmədan və Təbriz hərbi bazalarına zərbələr endirilib.

Lim10.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın qərbində yerləşən Hərbi Hava Qüvvələrinə məxsus bir neçə baza, o cümlədən Həmədan və Təbriz bazaları hədəf alınıb.

Məlumata görə, Təbrizdə yerləşən hərbi baza tamamilə dağıdılıb.

Həmçinin qeyd olunub ki, İranın hava hücumundan müdafiə şəbəkəsi, pilotsuz uçuş aparatları (PUA) və yerdən-yerə raket buraxılış sistemlərinə aid onlarla hədəf də vurulub.