"241 nəfərin öldüyü təyyarə qəzası sadə bir səhv ucbatından baş verib" - FOTO

Hindistanın Qucarat əyalətinin Əhmədabad şəhərində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan "Air India" təyyarəsi “çox sadə səhv” nəticəsində fəlakətə sürüklənmiş ola bilər.

Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, Londona uçan “787 Dreamliner” təyyarəsi havaya qalxdıqdan dərhal sonra hündürlüyünü itirməyə başlayıb. Qucarat ştatının Əhmədabad şəhərində yaşayış məntəqəsinə çırpılan təyyarə alov topuna çevrilib.

Təyyarə qəzasına nəyin səbəb olduğu hələ aydın deyil. Kommersiya hava yolu şirkətinin pilotu və təyyarə qəzalarını təhlil edən yutuber kapitan Stiv qəza ilə bağlı təəccüblü bir iddia irəli sürüb.

Britaniyanın “Dailymail” qəzetində yer alan xəbərə görə, 200-dən çox insanın həyatını itirdiyi qəzaya son dərəcə sadə bir səhv səbəb ola bilər:

"Düşünürəm ki, təyyarəni idarə edən pilot köməkçi pilota lazımi vaxtda "eniş şassisini geri çək" dedi. Düşünürəm ki, köməkçi pilot səhvən klapan qolundan tutub və qanadları geri çəkib. Əgər belə olubsa, bu, təyyarənin niyə uçmağı dayandırdığını izah edir”.

Stiv deyib ki, qapaqların geri çəkilməsi təyyarənin sürətlə hava sürətini və hündürlüyünü itirməsinə səbəb ola bilər və pilotun bu vəziyyəti idarə etməkdə çətinlik çəkib:

“787 tipli təyyarənin kompozit qanadları havaya qalxma zamanı adətən yuxarıya doğru əyilir; bu, təyyarənin havaya qalxmasına imkan verən qaldırma gücünün təsiridir. Lakin Air India təyyarəsinin havaya qalxması zamanı belə bir əyilmə müşahidə olunmayıb. Bu, təyyarənin qalxmasına imkan verən qanadların təsadüfən geri çəkilmiş ola biləcəyi ilə bağlı geniş yayılmış fərziyyələri gücləndirib”.

Qeyd edək ki, 2 gün əvəvl Hindistanın “Air India” şirkətinə məxsus sərnişin təyyarəsi Qucarat əyalətinin Əhmədabad şəhərində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 169-u Hindistan, 53-ü Britaniya, 1-i Kanada və 7-si Portuqal olmaqla 242 sərnişin və ekipajın olduğu açıqlanıb.

Qəza nəticəsində yalnız sərnişinlərdən 40 yaşlı Rameş Visvaşkumar sağ qalıb. O bildirib ki havaya qalxdıqdan təxminən 30 saniyə sonra təyyarə yüksək səsdən sonra qəzaya uğrayıb.

Mülki Aviasiya naziri Ram Mohan Naidu isə hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Billurə Yunus