İrandan Türkiyəyə köçün başlanmasına dair yayılan məlumatlar dezinformasiyadır.
Lim10.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
"Sərhədlərimiz ən qabaqcıl texnologiya ilə təchiz edilmiş fiziki təhlükəsizlik sistemləri ilə mühafizə bölmələrimiz tərəfindən 24/7 nəzarət olunur”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, sərhədləri pozmaq cəhdinin qarşısı dərhal alınır.
Vətəndaşlardan dezinformasiya xarakterli yazılara inanmamaları və yalnız səlahiyyətli orqanların yaydığı açıqlamaları nəzərə almaları xahiş olunub.