İsraildə ölənlərin sayı artdı, dünyadakı səfirlikləri qapadıldı

İranın İsrailə cavab hücumları nəticəsində ölənlərin sayı artıb.

Lim10.az xəbər verir ki, İranın İsrailə hücumları nəticəsində ölənlərin sayı 24-ə çatıb.

İran Səhiyyə Nazirliyinin veridiyi xəbər görə, İsrailin İrana hücumu nəticəsində isə ən azı 224 nəfər ölüb.

İsrail-İran qarşıdurması davam etdiyindən Tel-Əviv dünyadakı diplomatları və yəhudilərin təhlükəsizliyi ilə bağlı ciddi tədbirlərə əl atıb. 

İsrail Xarici İşlər Nazirliyi hücum olacağı ehtimalını nəzərə alaraq bütün dünyadakı səfirlik və nümayəndəliklərini bağlamaq qərarına gəlib.

İsrailin müdafiə naziri İsrael Katz İranın hücumlarına daha sərt formada cavab veriləcəyini bəyan edib. O  bildirib ki, İsraildə mülki insanları hədəf almasına görə Tehran əhalisi tezliklə bunun əvəzini ödəyəcək. 

Mürtəza