Ermənistan yüklərinin bir hissəsi Bəndər Abbas limanında və İran yollarında ilişib qalıb.
Lim10.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
Erməni nazir bildirib ki, regionda sabitlik bütün ölkələr, o cümlədən Ermənistan üçün çox vacibdir: “Həm idxal, həm də ixrac baxımından çətinliklərimiz var... Bunlar bizdən asılı olmayan amillərdir. Buna baxmayaraq, ümid edirik ki, münaqişə tezliklə həll olunacaq və biz əvvəllər olduğu kimi Ermənistana dost olan İran vasitəsilə yük daşıya biləcəyik", - Papoyan bildirib.
Ermənistanın maliyyə naziri Vahe Ovanesiyan isə bildirib ki, İsrail-İran münaqişəsinin Ermənistan iqtisadiyyatına təsir edəcək və risklər yaradacaq. “Məsələn, səhv etmirəmsə, risk ssenarilərindən biri ondan ibarətdir ki, iqtisadi artım 5,1% yox, 1,3% ola bilər. İranla İsrail arasında gərginliyin artmasına gəlincə, bu, bizə mənfi təsir göstərə bilər və bu kimi hadisələr var”, - Ovanisyan bildirib.
Onun sözlərinə görə, münaqişə tədarüklərə təsir edə bilər, çünki Ermənistan iqtisadiyyatının logistikasının bir hissəsi də İrandan gələn tədarüklərlə bağlıdır. "Onlar pozula, bahalaşa və s. ola bilər. Əgər vəziyyət o həddə pisləşsə ki, beynəlxalq investorlar da Ermənistanı investisiya üçün riskli mühit hesab etməyə başlasalar, bu, artıq faiz dərəcəsinə təsir göstərə bilər. Biz hadisələrin gedişatını izləməli və bu yolda nə etmək lazım olduğuna qərar verməliyik", - nazir qeyd edib.
Mürtəza
Lim10.az